Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. 

Unikal.org-a daxil olan məlumatda bildirilir ki, bu gün saat 21:00-dan etibarən paytaxtın Yusif Səfərov küçəsində asfalt örtüyünün yenilənməsi ilə bağlı şəhərə giriş istiqaməti üzrə avtomobillərin hərəkəti birtərəfli qaydada bir neçə gün məhdudlaşdırılacaq. Bununla bağlı sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər: "Diqqətə çatdırırıq ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.