Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.
O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.