Rusiya paytaxtındakı hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Unikal.org-un verdiyi məlumata görə, bu gün Sankt-Peterburq metrosunda baş verən partlayışdan sonra paytaxtın Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında əlavə təhlükəsizlik tədbirləri görülüb.

Sankt-Peterburq metrosunda baş vermiş partlayışdan sonra bütövlükdə Moskva polisi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə DİN-in Moskva üzrə Baş İdarəsindən xəbər verilib.