Türkiyənin cənub-şərqində, Şırnak vilayətində partlayış nəticəsində 3 türk hərbçi həlak olub, 5-i yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Qabar rayonunda hərbi əməliyyat zamanı baş verib.

Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.