"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişində yer alan Əli Əkbər ona namizəd olan və bir neçə gündür sevgi münasibəti yaşadığı Qamzedən ayrılıb.
Unikal.org-un məlumatına görə, Əli heç nəyin istədiyi kimi olmadığını deyib:
"Özümə şans vermək istədim ki, bəlkə xoşum gələr. Amma sonradan onu tanıdım və gördüm ki, səmimi deyil. Məni izləyib və necə bir qızdan xoşum gəldiyini bilir, o cür olmağa çalışır. Bu cür insan da uzun müddət davam edə bilməz.
19 yaşlı Qamze isə Əliyə əsəbiləşərək, onun belə qərarı tək verməsini doğru hesab etmədiyini bildirib: "Bu qərarını mənə də əvvəlcədən deyə bilərdi. Qərarı ayrılmaq idisə, mənə də deyərdi. Münasibət yaxşı getdiyi halda niyə belə etdiyini bilmədim. Bəlkə də Əlinin istədiyi kimi olmağa çalışıram. Bu normal haldır. Eşidə biləcəyim hər şeyi eşitdim. Başqa bir sözüm yoxdur. Proqramda qalmaq, davam etmək istəmirəm.
Əli daha sonra keçmiş sevgilisi, azərbaycanlı Naz Milaya səslənib. O, ötən verilişdə ağlayaraq proqramı tərk edən Naza zəng etdiyini, amma cavab ala bilmədiyini söyləyib: "Ona səslənirəm, bura gəlsin, danışaq. Gəlməsə də zəng vursun mənə.