Rusiya prezidenti Vladimir Putin Kremldə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçıları ilə görüşüb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.
Vladimir Putin görüşdə çıxış edərək qeyd edib ki, MDB ölkələrində təhlükəsizliyə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, həmçinin korrupsiya və xarici güclərin daxili siyasi vəziyyətə təsiridir.
"Mən sizi Moskvada görməyimə şad oldum. Sizin qarşısında çox mürəkkəb, müxtəlif vəzifələr durur. Və mənə qeyd etmək çox xoşdur ki, əməkdaşlıq qaydaya salınıb və effektiv inkişaf edir. Əməkdaşlığımızı daha da inkişaf etdirəcəyimizə ümid edirəm.".