Rusiyanın Ukrayna sərhədinə yerləşən Rostov şəhərində partlayış törədilib. 

Unikal.org xəbər verir ki, hadisə Moskva saatı ilə səhər saat 7-də meydana gəlib. İlkin məlumata görə, partlayışda bir nəfər yaralanıb.

Rusiya hüquq mühafizə orqanlarının ilkin açıqlamasına görə, partlayan bomba əl fənərinin içində gizlədilib. 

Açıqlamada vurğulanır ki, küçədə səhər saatlarında bir paket tapılıb və içində əl fənəri görülüb. Onu götürərən şəxsin əlində partlayıb. Partlayış səbəbindən barmaqlarını itirən adamın bədənində da yaralar meydana gəlib.

TASS xəbər agentliyinin yaydığı məlumata görə, 1 adamın yaralandığı partlayış bir məktəb yaxınlığında baş verib. Hadisədən sonra məktəbdə təcili tətil elan edilib və şagirdlər evlərinə göndərilib. 

Partlamanın səbəbi isə hələ bilinmir.

Xatırladaq ki, bir neçə gün bundan qabaq Rusiyanın Peterburq şəhərində metroda partlayış törədilib. Nəticədə 14 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb. 
.