2017-ci ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı 73 faiz artıb.
Unikal.org məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları Rusiyaya, eləcə də Ukrayna və Qazaxıstan kimi ölkələrə ixrac olunub:
"Eyni zamanda, birinci rübdə kənd təsərrüfatı məhsullarının idxalında azalma müşahidə edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana meyvə-tərəvəz idxalı 17 faiz azalıb. Bunun səbəbi kənd təsərrüfatı məhsullarına tətbiq olunan gömrük rüsumlarıdır.