Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən Unikal.org-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb.
Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7140 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6% möhkəmlənib.