Hindistanda polislər meşədə meymunlarla birlikdə yaşayan 8 yaşlı qız tapıblar.
Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttar Pradeş əyaltində baş verib.
Meymunların hərəkətini təkrarlayan, əyninə paltar geyinməyən qız xəstəxanaya aparılıb. Burada qızın danışa bilmədiyi, ona deyilənləri başa düşmədiyi məlum olub. İnsanları gördükdə isə qorxub, emosional hərəkətlər edib.
Hazırda həkimlər iməkləyən qızın ayaqüstə gəzməyinə nail olublar. Polislərsə qızın valideynlərini axtarır və onun necə meşəyə düşdüyünü araşdırır.