Xəbəri canlı yayımda hadisə yerində olan müxbir çatdırıb
Hindistan televiziyasında təsirli anlar yaşanıb. Xəbərlərin aparıcısı ölkəsində baş verən xəbərləri oxuyarkən, həyat yoldaşının avtomobil qəzasında dünyasını dəyişdiyindən xəbər tutub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Supreet Kaur adlı spiker "IBC24 kanalında xəbər bülletenini oxuyub. Daha sonra telekanalın reportyoru canlı yayıma qoşulub və yol qəzası haqda məlumat verib.
Supreet Kaur adlı xanım aparıcı aldığı xəbərdən studiyada şok yaşasa da, ağlamayıb və studiyanı tərk etməyib. O, 10 dəqiqə dayanmadan canlı yayımda xəbərləri oxuyub. Aparıcının bu hərəkəti dünya mətbuatında və sosial şəbəkələrdə müzakirə olunub. Əksəriyyət onun bu soyuqqanlılığını alqışlayıb.