Bakıda bronxial astma xəstəliyindən əziyyət çəkən uşaq dünyasını dəyişib.
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, onun həkim səhlənkarlığı ucbatından öldüyü iddia edilir.
Belə ki, Respublika Uşaq Klinik Xəstəxanasında müalicə olunan 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu naməlum şəraitdə ölüb. S.Əyyubzadənin valideynləri uşağın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edirlər.
Onun meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib və ekspertlər təyin edilib. Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu Respublika Uşaq Klinik Xəstəxanasına gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Qeyd eədk ki, Səccad Əyyubzadə "Təzə Pir" məscidinin axundudur.