Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.
Unikal.org apa-ya isstinadən xəbər verir ki, bu barədə Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan Şahbaz Əmiraslan oğlu Vəliyev xəstəlikdən dünyasını dəyişib.
Ş. Vəliyev bir neçə il əvvəl 140 min dollara satılmış ata mülkünün pulunun bölünməsi üstündə qardaşı Nəbi Vəliyevi bıçaqla qətlə yetirib.