Bakıda əks istiqamətə çıxan iki avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, martın 17-də 10-TH-406 qeydiyyat nişanlı avtobusun sürücüsü Bakının Puşkin küçəsində əks istiqamətə çıxaraq hərəkət etmişdir. Bu azmış kimi, Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində svetoforun qırmızı işığı yanan zaman yolayrıcına daxil olaraq hərəkətinə davam etmişdir.
88 saylı xətt üzrə xidmət göstərən 10-TH-413 qeydiyyat nişanlı digər avtobusun sürücüsü də 1.3 xəttinin tələbini pozaraq əks istiqamətdə hərəkət edib.
Görünür ki, avtobus qəzalarının artması belə sürücülərdə məsuliyyət hissini artırmayıb. Ona görə də, belə məsuliyyətsiz avtobus sürücülərinə xüsusi nəzarət olmalıdır.
Avtosfer.az hər iki videonu təqdim edir: