"Bakıdan gələn müğənni və meyxanaçılar, habelə həmin yığıncaqda iştirak edən qadın və uşaqlar polis bölməsinə aparılmayıb".
 
Unikal.org xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın Yekaterinburqdakı baş konsulu Soltan Qasımov bildirib.
 
Dünən Yekaterinburqdakı hadisənin təfərrüatları barədə danışan baş konsul martın 31-də gecə saat 01.00 radələrində telefonuna naməlum şəxs tərəfindən zəng gəldiyini söyləyib.
 
"Tanımadığım bir həmyerlimiz mənə Yekaterinburqdakı kafelərin birinə polisin basqın etdiyini, kafedə olanların hamısını, qadınları, uşaqları Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıqlarını dedi. Mən tez iki konsulumla birlikdə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getdim. İdarənin rəisi Konstantin Stroqonov bizi yaxşı qəbul elədi. O, bizə hadisənin təfərrüatı barədə danışdı. Rəisin dediyinə görə, polis basqın zamanı qadın və uşaqları, o cümlədən Azərbaycandan gəlmiş musiqiçi və meyxanaçılara toxunmayıb. Saxlanılanların sayı 200-dən ya çox olar, ya da az. Rəis mənə kafedə çəkilən fotolardan ibarət faktlar göstərdi. Həmin fotolarda azərbaycanlıların üzərindən götürülən soyuq silah, narkotik maddələr və s. var idi. Rəisin dediyinə görə, həmin məclisdə bir nəfər özünü avtoritet elan etmək istəyirmiş. Həmin adam "ad günü" məclisi adı altında özünə əslində başqa məclis keçirirmiş. Mən rəisə qadınları və uşaqları onlardan ayırdıqlarına görə təşəkkürümü bildirdim. Stroqonov saxlanılanların hansısa cinayətdə əməlinin olub-olmaması yoxlanıldıqdan sonra sərbəst buraxılacağını söylədi", - deyə S. Qasımov vurğulayıb.Daxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Corat qəsəbəsində törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 30-da Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Asif Xəlilovun evində, qonşusu Ramin Cəbrayılovla aralarında pul borcu ilə əlaqədar baş vermiş münaqişə zəminində R.Cəbrayılov bıçaqla A.Xəlilova xəsarət yetirib. A.Xəlilov hadisə yerində ölüb.
 
R.Cəbrayılov könüllü olaraq Sumqayıt ŞPİ-yə gələrək təslim olub.