Respublika Kliniki Xəstəxanasında doğuş zamanı ana və uşaq ölümü baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Xəstəxananın baş həkiminin müavini Mahir Babayev məlumat verib.
Bildirib ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı aprelin 8-i saat 12:00-da ağır vəziyyətdə və 40 dərəcə hərarətlə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hamiləliyinin 27-ci həftəsində olan qadında sepsis, qaraciyər və böyrək çatışmazlığı olub: "Qanaxma və ölü döl qeydə alınıb. Qadında vəziyyəti çox kritik-ağır olub, qaraciyər-böyrək çatışmazlığı müşahidə edilib. Lazımi tibbi yardımlara baxmayaraq, onu və körpəni xilas etmək mümkün olmayıb, aprelin 9-da ana və uşaq ölüb.

Baş həkimin müavini qeyd edib ki, meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilib: "Birliyin rəyi nəticəsində məsələ Səhiyyə Nazirliyində araşdırılacaq.