Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 211 saylı "Daewoo sərnişin avtobusu "Mitsubishi markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.