Sumqayıt şəhərində ev yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 və digər otağın tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə Kottec yaşayış massivində baş verib və ev ildırım vurması nəticəsində yanıb.