"Leyla Şıxlinskaya klinikasınən rəhbəri, Xalq artisti Leyla Şıxlinskaya iş adamı Coşqun Mirzəyevə qarşı məhkəmə iddiası qaldırıb.
L.Şıxlinskaya Xətai rayon məhkəməsinə müraciət edərək C.Mirzəyevdən 100 min dollar tələb edib. Bundan sonra iş adamı da qarşılıqlı iddi irəli sürərək klinika rəhbərindən maddi və mənəvi ziyanın ödənilməsini istəyib.
Unikal.org xəbər verir ki, L.Şıxlinskaya "Qafqazinfoya açıqlamasında mübahisə mövzusu olan 100 min manatlıq məsələnin mahiyyətini açıqlayıb. O bildirib ki, ötən il özünə məxsus olan obyekti C.Mirzəyevə və Anar adlı şəxsə icarəyə verib: "May, iyun, iyul və avqustun yarısı obyekti işlədiblər. Həmin müddətdə məni soyublar, işçilərə əmək haqqı verməyiblər, kommunal xidmətlərin ödənişini etməyiblər. Biz üst-üstə borca düşmüşük. Oranı bağlamasınlar, bura qəbz qoymasınlar deyə yavaş-yavaş ödəməyə başlamışıq. Onlar "aferist və yaramazdılar. Coşqun Mirzəyev həmişə lovğalanır ki, bütün prokurorluq orqanları onun əlindədir. Ona görə də ona heç nə edə bilmərik. Bizdə bütün sənədlər hazırdır, məhkəməyə vermişik. Əvvəlcə hakim dedi ki, bəli, bu, dələduzluqdur. Növbəti dəfə 12 nəfər məhkəməyə gəlib əmək haqlarının ödənilmədiyini dedilər. Hakim bütün bunlara qulaq asdı, sonradan dedi ki, yox, cinayət işi başlamaq üçün sizin kifayət qədər sübutunuz yoxdur. Kimsə hakimə zəng etmişdi, o da həmin adamın sözündən keçə bilmədi.
L.Şıxlinskaya deyib ki, öncə qarşı tərəflə öz aralarında razılığa gəliblər: "Biz onlarla razılığa gəlmişdik ki, məbləğin 30 faizini ödəyəcəklər. Sonra isə 25 faizini ödəyəcəklərini dedilər, ona da razılaşdıq.Amma onu da vermədilər. Mənim etibar etdiyim hüquq-mühafizə orqanlarının necə qərar verəcəklərini bilmirəm. Ola bilər kimsə kiməsə kömək edir, amma mən bu məsələni belə qoymayacağam. İşin axırına qədər gedəcəyəm.
Bu il fevralın 20-də rayon məhkəməsi iş üzrə qətnamə qəbul edib və hər iki tərəfin iddiası rədd edilib. Bundan sonra C.Mirzəyev apelyasiya şikayəti verib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə aprelin 12-də davam etdiriləcək.