Həkimlərin müraciəti əsasında araşdırma aparılır

Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birində insident baş verib. Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, R.Bağırov küçəsi-30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində həkimlər xuliqanlıq zəminində döyülüb. 37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.
 
Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır.