Braziliyanın ən məşhur, Victoria s Secretin əfsanəvi mələyi, iki uşaq anası olmasına baxmayaraq 19 ildir zirvədə olan model Adriana Lima Türkiyə mətbuatına müsahibə verib.

Unikal.org həmin müsahibəni oxuculara təqdim edir.

Ankara hücumundan sonra İnstagramdan etdiyiniz terrora lənət oxuyan paylaşma hər kəsi duyğulandırdı. Türkiyəyə bir neçə dəfə gəlmisiz, sizi ölkəmizə bağlayan nədir?

-Hər Şey! Səbəbi isə sadə: Ölkənizə heyranam. Yeməyinə, mədəniyyətinə, tarixinə, arxitekturasına hər şeyə heyranam. Bu vəziyyətdə laqeydsiz qalmaram və bu heç mümkün deyil.


-Türk qadınlarının stilini bəyənirsinizmi?

-Türk qadınlarının üslubunu da çox bəyənirəm. Eleqant və qəşəngdirlər. Birincisi, çox modern və stil sahibidilər. Eyni, modanı yaxından təqib edirlər. Amma eyni zamanda ənənələrə, mədəniyyətlərinə də son dərəcə bağlı olduqları da görünür.

-Ana olmaq sizin işinizə mane olmur ki?

-Ana olduqdan sonra həyatım tam dəyişib. Əvvəllər davamlı səyahət etmə fikri məni narahat etmirdi, indi evdən çıxmaq, onları buraxmaq mənə çətin gəlir. İşimin saç-makiyaj hissəsi olduqca uzun davam edir. Ümumiyyətlə bu zamanı uşaqlarla "FaceTime" etmək üçün qiymətləndirirəm. Beləliklə hər şey daha asanlaşır mənim üçün. Amma günün sonunda, qızlarımsız zaman keçirtmək mənə çətin olur ...


-Bu yaşda gözəlliyinizi necə qoruya bildiniz?

-Hər kəs kimi, məndə gözəlliyimi qorumağa çalışıram. Gözəlliyimizi qorumasaq dəyərimiz olmaz. Hər gün keçdikcə yaşlanırıq. Mən də keyfiyyətli bir şəkildə yaş aldığımı düşünürəm və bu məni heç də qorxutmur. 65 yaşa kimi podiumlarda olacağamı düşünürəm!.

-İdmanla məşğul olursunuzmu?

-Xüsusi bir idman müəllimim var, illərdir birlikdəyik. İdman etmədən yaşadığımı düşünə bilmirəm. İdman etməyim stress atmaq üçün birə-bir, gümrah qalmamı və beynimin də daha rahat olmasını təmin edir. Bir sözlə sağlam baş möhkəm bədəndə tapılar. İdman həm ruhunuz, həm də bədəniniz üçün lazımlıdır.

-Cavan qalmaq üçün insan nə etməlidir?

-Əgər cavan qalmaq istəyirsinisə özünüz olun. Başqalarının haqqınızda nə düşündüyünü əhəmiyyət verməyin. Bəyənilmək üçün dəyişməyə də lazım deyil. Əgər qüsurlarınız varsa bunları fərqlilik olaraq qəbul edin və ona görə də özünüzə əziyyət verməyi buraxın. İnsanlar bəzən çox mərhəmətsiz və incidici ola bilər.


-Eynək taxanda özünüzü necə hiss edirsiniz?

-Evimdə 30-dan çox eynəyim var. Amma hər geyimimə görə eynəyim var. Eynək taxında özümü seksual hiss edirəm.... Özümü necə görmək istəyirəmsə, o cürdə eynək taxıram. Ciddi görünmək istədiyim zaman, məsələn, bir yığıncağın varsa, iş əlaqələri varsa buna uyğun gözlük taxaram.


-Gələcək iş planlarınız barədə danışardınız...

-Gələcəkdə xaricdə idman kompleksinin açmaq istəyirəm. Özümü aktirisa kimidə sınamaq istəyirəm. Övladlarımın yaxşı karyeraya sahib olmaları üçün də təhsillərinə ciddi fikir verirəm.