Tərəflərin dəstəyi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun qrupu 22 monitorinq tapşırığı həyata keçirib.
Unikal.org-un məlumatına görə, bu barədə ATƏT-in 2016-cı il üçün illik hesabatında deyilir.
Hesabatda bildirilir ki, monitorinqlərdən 5-i Ermənistan-Azərbaycan sərhədində, 17-si isə təmas xəttində icra edilib. Məlumata görə, Yüksək Səviyyəli Planlaşma Qrupunun nümayəndələri də 4 dəfə - fevral, may, iyul və oktyabr aylarında həyata keçirilən monitorinqlərə qatılıblar.
Əlavə olaraq, ATƏT-in Almaniya sədrliyinin nümayəndələri may və oktyabr monitorinqlərində iştirak edib.