Ötən il noyabrın 24-də Türkiyə hava məkanını pozduğu üçün vurulan Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı Alparslan Çelik İzmirdə həbs edilib.
Unikal.org "milliyet.com.tr" saytına istinadən verdiyi məlumata görə, aralarında A. Çelikin də olduğu 14 nəfər martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Bir qədər sonra onlar restorana gələn polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparıb. Aparılan axtarış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 2 tapança və çoxlu sayda patron aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A. Çelik "Su-24"ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A. Peşkovu güllələdiyini bildirmişdi. A. Çelik bu səbəblə Rusiya tərəfindən terrorçu elan edilərək axtarılırdı.