Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına münasibət bildirib.

Unikal.org-un  xəbərinə görə, A. Paşazadə bildirib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar.

"Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur", - deyə şeyxülislam vurğulayıb.

A. Paşazadə qeyd edib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq: "Gələcəkdə ola bilsin bizim üçlükdə görüşümüz olsun. Bizim görüşümüzü təşkil etmək üçün xüsusi komissiya yaradılıb. Görüş üçün işlər gedir. Biz ermənilərin bu addımına etiraz edirik".

Qeyd edək ki, ermənilər tərəfindən işğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.(ap)