"Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib.
O qeyd edib ki, tikinti yerində 6 nəfər fəhlə olub. Onlardan ikisi ölüb.(report)