Moskvada ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar başa çatıb.
Unikal.org xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, Tillerson ABŞ nümayəndə heyətinin qaldığı otelə qayıdıb. Nümayəndə heyəti üzvlərinin əhatəsində mehmanxanaya daxil olan dövlət katibi foyeyə toplaşmış jurnalistlərlə təmas qurmayıb.
Rusiya XİN-dən bildiriblər ki, işçi lanç da daxil olmaqla nazirlərin danışıqları beş saata yaxın davam edib.
Bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reks Tillerson və Sergey Lavrovun Prezident Vladimir Putin tərəfindən qəbul olunması ehtimalının mövcudluğunu bildirmişdi.