Saatlıda yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Saatlı rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan köməkçi tikilinin tavanı 20 m2 sahədə yanıb.

Yanğın zamanı tikilidə sayı məlum olmayan ev quşu tüstüdən boğularaq tələf olub. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.