Bakıda sürücü sükan arxasında ölüb

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən məlumaat verilib. 

Bildirilib ki, hadisə Tolstoy küçəsində qeydə alınıb. 55 yaşlı Səfər Surxay oğlu Orucovun idarə etdiyi "Mercedes markalı, 90 BG 188 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək maneəyə dəyib. Hadisə yerinə baxış keçirilərkən sürücünün sükan arxasında ölməsi və bunun nəticəsində avtomobilin idarəetmədən çıxaraq maneəyə dəyməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.