Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb.
Unikal.org xəbər verir ki, Ağ Evdə keçirilən görüş 50 dəqiqə davam edib. Görüşdə tərəflər arasında təhlükəsizlik, terrora qarşı mübarizə müzakirə edilib.
Obama görüş zamanı Diyarbəkirdə terror zamanı ölənlər üçün başsağlığı verib, Türkiyənin terrora qarşı mübarizəsində dəstəyini ifadə edib.
Türkiyə tərəfinin yaydığı rəsmi açıqlamada bildirilir ki, görüşdə İŞİD probleminin həlli üçün atılacaq birgə addımlar da müzakirə edilib.