Dolçalar bu ay evlənmə təklifi ala bilərlər.
Qoç - Aprel ayı inadkarlıq və təlaş zamanıdır. Peşəkar həyatınızda özünüzü doğrultmaq hissi oyanacaq, lakin rəhbərlik və iş yoldaşlarınız sizi başa düşməkdə çətinlik çəkəcəklər. Şəxsi münasibətlərdə qarşı tərəfə nə isə sübut etməyə çalışacaqsınız. Özünüzü çox yormayın, çünki bu ay sizi yeni məhəbbət gözləyir.
Buğa - Bu ay dostlarınız və yaxşılığınızı istəməyən insanlar işlərinizə əngəl törədəcəklər. Pozisiyanızı saxlamaq üçün əlinizdən gələni etməlisiniz. Qənaətcil olmalısınız. Ailədə problemlər üzə çıxacaq. Bəziləri sizi əməkdaşlarınız arasında rüsvay etmək istəyəcək. Yalnız güclu olduğunuz halda hər şeyin öhdəsindən gələcəksiniz.
Əkizlər - Özünüzü çox gözəl hiss edəcəksiniz. Yeni layihələrə imza atmağınız gözlənilir. Həm öz, həm də dost və yaxınlarınızın problemlərini həll edəcəksiniz. Təəssüf ki, şəxsi həyatda belə diplomatiya uğur gətirməyəcək. Sevgilinizdən ayrılma ehtimalı var. Ruhdan düşməyə dəyməz, çünki siz mübarizsiniz və bu, təsirini gösterəcək.
Xərçəng - İşləriniz yoluna düşəcək, ancaq bir sıra problemlerin həllindən sonra. Rəqiblərinizin hücumuna məruz qalacaqsınız. Əməkdaşlarınızla yeni iş qurmaq sayəsinde əlavə pul qazanmaq imkanı yaranacaq. Ailənizdən dəstək görəcəksiniz. Yalnız sevgiliniz nazılığını bildirəcək, bu ona daha çox vaxt ayırmanız arzusundan irəli gələcək.
Şir - Bu ay sizi ciddi perspektivlərin üzə çıxması gözləyir. Yeni layihələr start götürəcək, amma uyğunsuzluqlara və çətinliklərə hazır olmalısınız. Buna baxmayaraq, aprelin sonunda yaxşı gəlir əldə edəcəksiniz. Şəxsi həyatınızda hər şey gözəl olacaq. Ailənizdə kiminsə sizə ehtiyacı olduqda köməyinizi əsirgəməyin.
Qız - Aprel sizin üçün pis sürprizlər hazırlayır. Pul itirmək ehtimalınız çox olacaq. Onların bir qismi iş yoldaşlarınızla fikir ayrılığının nizamlanmasına, digəri isə yeni layihənin irəli sürülməsinə xərclənəcək. Ehtimal ki, uşaqlarınızın təhsilinə vəsait ayırmalı olacaqsınız. Sağlamlığınıza diqqət yetirin, xəstələnə bilərsiniz.
Tərəzi - Bu ay sizi əsl müharibə gözləyir. Çox güman ki, işlər məhkəmə, vəkil və əmlak bölgüsü ilə sona çatacaq. Bu proqnozlar sizin işgüzar ve şəxsi həyatınızda əksini tapacaq. Rəhbərliyin qəzəbinə uğramamaq üçün diqqətli olmağınız lazım gələcək. Yeganə təsəlli yeni məhəbbətin ortaya çıxması olacaq.
Əqrəb - Partnyorlarınızın və iş yoldaşlarınızın tələblərinə baxmayaraq sonu vacib müqavilə ilə bitən işə əl atacaqsınız. Maddi baxımdan çətinliklərlə qarşılaşa bilərsiniz. Ətrafınızda söz-söhbət yaranacaq. Bu, işlərinizə və ailə sakitliyinə zərər getirə bilər. Özünüzü son dərəcə ağıllı və təmkinli aparmağınız məsləhətdir.
Oxatan - Karyera yüksəlişində sizi heç nə gözləmir, çünki iş həyatını kənara buraxıb, özünüzü romantikaya həsr edəcəksiniz. Nəhayət, sevginizə sahib çıxmağın vaxtı gəldi. Ehval-ruhiyyəniz tez-tez deyişəcək. Səyahətə çıxmağınız və böyük işlərə əl atmağınız məsləhət deyil. Saxlamlığınızı qoruyun ki, gələcəkdə problemlər yaranmasın.
Oğlaq - Bu ay işdə sizə uğur gətirməyəcək. Boş dedi-qodu ucbatından işdənçıxma ehtimalı ola bilər. Amma bu yalnız ehtimaldır, ona görə ürəyinizi sıxmayın. Ailədə bir sıra problemlər ortaya çıxacaq, başqa yerə köçməyiniz söhbət mövzusuna çevrilə biler. Bu, sağlamlığınıza təsir edə bilər, özünüzü qoruyun.
Dolça - Peşekarlıq baxımından bu ay xoşbəxt gələcəyinizin təminatı ola biləcək addım atacaqsınız. Tək lazım olan şey çalışqanlıqdır. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilir. Bəlkə yaxında evlənmə təklifi aldınız. Avtohəvəskarlar yollarda daha ehtiyatlı olmalıdırlar, əsasən uzun səyahətə çıxanlar.
Balıqlar - Bir terefden bəxtiniz gətirəcək, digər tərəfdən isə yox. Bu ay çoxdan etmək istədiyiniz işi həll edəcəksiniz. Qarşınızda əngəllər olacaq. İradənizi toplasanız hər şeyin öhdəsindən gələcəksiniz. Sevgilinizlə münasibətə özünüzü bir az aqressiv aparacaqsınız. Çalışın onu dinləyib nə istədiyini anlayasınız, əks təqdirdə ayrıla bilərsiniz.