Azərbaycanda 2000-2015 illər ərzində insanların ən çox hansı xəstəliklər səbəbindən dünyasını dəyişməsi açıqlanıb. 

Unikal.org -un araşdırmasına görə, 2000-ci ildən 2015-ci ilə qədər Azərbaycanda ən çox insan qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişib. Onların sayı 487800 nəfərdir. 

Qeyd olunan il üzrə yeni törəmələrdən ölənlərin sayı 100882, tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 43597, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişənlərin sayı 38657 nəfər təşkil edir. 

Qeyd edək ki, xəbər Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında hazırlanıb. 

H. Babayev