Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan şirniyyat evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nəticədə obyektin lambirdən ibarət tavanı 20 m2 sahədə və 2 ədəd soba yanıb. Şirniyyat evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.