Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, qəza təxminən 1 saat əvvəl olub.

"Kia" markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli "VAZ" 2107 markalı maşın toqquşub. Qəza nəticəsində "07" alışaraq yanıb.

İlkin məlumata görə, maşının içində 3 nəfər yanaraq ölüb.