Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəzanın şok təfərrüatları ortaya çıxmaqda davam edir.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bir qədər əvvəl qəzaya düşən avtomobillərdən birinin diqqətçəkən dövlət nömrə nişanı 10 AX 002 ilə bağlı apardığı kiçik araşdırmanı təqdim etmişdi. Məlum olmuşdu ki, həmin nömrə daha əvvəl bahalı "Mercedes avtomobilinin üzərində olub. Həmin avtomobilin görüntülərini də təqdim etmişdik. Sonradan bu nömrənin "VAZ-2104 (ilkin məlumatda "VAZ-2107 kimi təqdim olunub - red.) markalı avtomobildə olması sual yaradırdı. Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli "VAZ-2104 markalı avtomobil məşhur iş adamı, "Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan "Kəbirə Məmmədova Klinikasına məxsus olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ilkin araşdırmalarla "VAZ-2104ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.