Bakıda "Mercedes" və "KİA" toqquşub.

Unikal report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsində sərxoş sürücü tərəfindən idarə edildiyi iddia olunan "Mercedes" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus 90-YP-353 nömrəli xidməti avtomobil "Mercedes" markalı avtomobili təqib edib. Nəticədə "Mercedes"in sürücüsü idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.