Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimi davam etdirirlər.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, ermənilər dünəndən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.

Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.