Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində "VAZ markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.

Yanğın zamanı hadisə şahidlərinin çəkdiyi görüntülər ortaya çıxıb. Görüntülərdə xilasetmə qruplarının artıq yanğını söndürdükləri və ölən adamların cəsədlərinin avtomobillərin içərisində olduğu görünür.(avtosfer)