Bakıda körpələr evində yanğın olub.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.
Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.