Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Nizami Gəncəvi prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.