Tanınmış şairə Səadət Butanın oğlu dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan Məmməd Abbas oğlu Abdullayev yaşadığı evdə özünü asıb.
Şairə Nazilə Səfərli isə Publika.az-a onun çox tərbiyəli, hörmət saxlayan olduğunu bildirib: "Səadət xanım Telli Borçalının anasının yasına gedəndə yolda zəng edib hadisəni deyiblər. Bizim üçün də çox dəhşətli xəbər oldu.
O qeyd edib ki, hadisəni eşidəndən sonra yas yerinə gedib: "Mərhumun iki övladı var. Oğlu Almaniyada oxumağa hazırlaşır. Xanımı da çox mədəni, əxlaqlı qadındı. Hətta oğlunun xaricdə təhsil alması üçün bank hesabında pulu da var idi. Adam intihar edəndə adətən soruşurlar ki, borcu var idi görəsən? Anasının danışdıqlarına əsasən deyirəm. Səadət xanım Gürcüstana aşıq Telli Borçalının anasının yas mərasiminə getmək istəmirmiş. Oğlu Məmməd deyib ki, ana Telli küsəyəndi, o küsər, get. Qızını da göndərib dərziyə, evdə heç kim qalmayıb. Sonra üzünü qırxıb, çay dəmləyib, şirniyyat süfrəsi açıb. Bir stəkan çay süzüb. Sonra mətbəxə keçib. Mətbəxdə boru var imiş, o borudan özünü asıb. Qızı evə gələndə elə bilib ki, atası ondan gizlənir. Deyib ki, gördüm səni, gizlənmə. Görüb ki, atasından səs çıxmır. Birdən gözü sataşıb ki, ayağının altında heç nə yoxdu, atası havada qalıb. Onda anlayıb ki, atası özünü asıb. Təkbaşına kəndiri kəsib və cəsədi yerə düşürüb. Tək olsa da, qoymayıb ki, atasının başı yerə dəysin. Məktub yazıb qoyub. Həmin məktub polisdədir. Məktubda yazıb ki, bu çirkab həyatda yaşamaq istəmirəm. Bu həyat mənlik deyil. Sonda da "Allah yazıb.
Anasının dediyinə görə, tez-tez depressiyaya düşürmüş. Sonuncu dəfə ötən il müalicə alıb. Bu il müalicəyə getməyib. Mərhumun 42 yaşı var idi. Bu ailədə intihar ilk hal deyil. Onun atası da 32 yaşında intihar edib. Atasının əmisi oğlu da intihar edərək dünyasını dəyişib.