Gornaboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan "QAZel markalı mikroavtobusla "VAZ-2107 toqquşub. Qəza zamanı "QAZel də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.