Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Unikal.org ölke.az-a istinadən xəbər verir ki, Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan 1978-ci il təvəllüdlü Tahirov Zaur Rafiq oğlu mətbəx bıçağı ilə qarın nahiyəsinə bir neçə zərbə vurub.

Xeyli qan itirən Z.Tahirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.