Aprelin 14-də saat 8 radələrində Suraxanı rayonu ərazisində - Zığ-Aeroport yolunda Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi "KİA markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi "VAZ-2104 markalı avtomobilə vurub və "VAZ markalı avtomobildə yanğın baş verib. 

DIN-dən unikal.org-a verilən məlumata görə, nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.