Qəbələdə iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-dən unikal.org-a verilən məlumata görə, aprelin 15-də saat 2 radələrində Qəbələ şəhəri ərazisində Vəndam qəsəbə sakini Fərid Nəbiyev idarə etdiyi "VAZ-2109 markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.