Sabirabadda baş verən avtoqəzada 52 yaşlı qadın ağır xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Sabirabad rayonunun girişində "Opel markalı avtomobillə "Qazel markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdən birində olan sərnişin, Saatlı rayonunun Məzrəli kənd sakini, 1965-ci il təvəllüdlü Əliyeva Qərənfil Əyyub qızı ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.