Qusarda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,
Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə yanıb.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

***
Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan qarajın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.