Abşeron rayonunda intihar hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, aprelin 15-də Xırdalan şəhəri İslam Səfərli küçəsində yaşayan 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Onun meyitini ailə üzvləri tapıb.
Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və "Eurohome tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış. O, intihardan əvvəl məktub yazıb.
Faktla bağlı cinayət işi başlanıb.