Bu gün Abşeron rayonunda yanğın baş verib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 2000 m2 olan bitum sexinin içərisində həcmi 1 m3 və 7 m3 olan bitum çənləri və 20 m2 sahəyə dağılmış bitum yanıb. Sex və sexin içərisində olan hazır məhsullar yanğından mühafizə olunub.
Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.