Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 43-cü kilometrliyində, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Aydın oğlu Ələkbərov idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı avtobus dayanacağına çırpıb.
Nəticədə avtomobildə olan 1961-ci il təvəllüdlü Əsgər Cəlal oğlu Əliyev hadisə yerində ölüb. Sürücü və digər sərnişini, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Şəhmil oğlu Çerçiyev xəstəxanaya yerləşdiriliblər. İ. Çerçiyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. V. Ələkbərovun vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.