Agsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org bildirir ki, "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayon ərazisində, Ağsu-Göylər yolunun 6-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Kəndoba kənd sakini 1970-ci il təvəllüdlü Ziyad Məhərrəm öğlu Abdullayev idarə etdiyi "VAZ -2106" markalı, "44-BB-741" dövlət nömrə nişanlı avtomobillə Göylər istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini olan həmkəndlisi, 1988-ci il təvəllüdlü Şəhriyar Ələddin öğlu Nifəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.